...

Nazir müavini: Taxıl biçiləndən sonra zəmilərin yandırılmasının heç bir elmi əsası yoxdur

İqtisadiyyat Materials 10 İyun 2020 11:00 (UTC +04:00)
Taxıl biçiləndən sonra zəmilərin yanıdılmasının heç bir elmi əsası yoxdur.
Nazir müavini: Taxıl biçiləndən sonra zəmilərin yandırılmasının heç bir elmi əsası yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Taxıl biçiləndən sonra zəmilərin yandırılmasının heç bir elmi əsası yoxdur.

Trend-in məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, yanma nəticəsində torpaq qatında illərlə formalaşan, bitkilər üçün “qida anbarı” sayılan çürüntü qatına zərər dəyir:

“Fermer növbəti il üçün həmin anbarını şüurlu və ya şüursuz şəkildə yandırır. Bununla da gələcəkdə məhsuldarlığın aşağı düşməsinə səbəb olur”.

Azərbaycanın dünyada az meşəli ölkələrdən biri olduğunu deyən F.Əliyev qeyd edib ki, ölkə ərazilərinin 11,8 faizi yaşıllıqla örtülüdür. Həmin ərazilərin 85 faizi dağlıqdır:

"Nəzərə almaq lazımdır ki, yanğının fəsadları dağlıq ərazilərə gedib çatdıqda texnikanın orada işləməsi mümkün olmur. Azərbaycan meşələrində 435 növ ağac və kol bitkisi var. 70 növ isə yalnız Azərbaycan florasında mövcuddur. Bu cür qiymətli sərvətin hansısa məsuliyyətsiz insanın törətdiyi yanğın nəticəsində məhv edilməsi hər bir Azərbaycan vətəndaşını narahat etməlidir. Biz bütün vətəndaşlara müraciət edirik ki, bu işə hamı tərəfindən nəzarət olunsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti