...

“Xocəsən” elektrik deposunun tikintisi davam etdirilir

İqtisadiyyat Materials 14 Sentyabr 2020 12:38 (UTC +04:00)
“Xocəsən” elektrik deposunun tikintisi davam etdirilir

Bakı. Samir Əli -Trend:

Bakı metropoliteninin “Xocəsən” elektrik deposunun tikintisi davam etdirilir.

Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, deponun inşası ilə bağlı işlər qrafikə uyğun gedir: "İşlər bir neçə mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə depo 3 stansiyada xidmət göstərəcək qatarlara lazımı infrastruktur, təmir, qulluq baxımından önəmli rol oynayacaq. İkinci mərhələdə “Avtovağzal” - “Xocahəsən” istiqamətində tunellərin inşasının başa çatması planlaşdırılır. Hazırda tunellərdən birində yol inftastrukturunun qurulması başa çatdırılıb. Digər tuneldə də bu istiqamətdə işlər davam etməkdədir”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti