...

Yelo Bank ordumuza dəstək üçün 150 min manat ayırır

İqtisadiyyat Materials 2 Oktyabr 2020 10:03 (UTC +04:00)
Yelo Bank ordumuza dəstək üçün 150 min manat ayırır

Bakı. Trend:

Torpaqlarımızın düşmən işğalından azadlığı uğrunda döyüşən ordumuza dəstək üçün Yelo Bank Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürür. Bununla bərabər döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə də 50 min manat vəsait ayrılır.

Qeyd edək ki, daha əvvəl koronavirusun yayılmasının qarşısının alınması ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi üçün də Bank 200 min manat vəsait ayırmışdı.

Hamı üçün çətin bir vaxtda hər birimiz həmrəylik nümayiş etdirməliyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti