...

DGK Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

İqtisadiyyat Materials 6 Oktyabr 2020 10:19 (UTC +04:00)
DGK Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

Komitədən Trend-ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşları könüllü olaraq əmək haqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Dövlət Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!

Qarabağ Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti