...

Azad edilmiş ərazilərdə iqtisadi inkişafla bağlı proqram hazırlanacaq

İqtisadiyyat Materials 2 Noyabr 2020 13:38 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi inkişafla bağlı proqram hazırlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasından sonra mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, təşkilata üzv ölkələr işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının, turizmin və digər sahələrin inkişafı ilə bağlı birgə fəaliyyət göstərəcək. Onun sözlərinə görə, Macarıstan və Türkmənistan da bu fəaliyyətə qoşulacaq. M.Musayev bildirib ki, bununla bağlı məsələ iclasın bəyanatında da öz əksini tapıb.

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat da əlavə edib ki, Qarabağın inkişafına hər cür dəstək verməyə hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti