...

Kəhrizlər vasitəsilə hər il 300-350 milyon kubmetr təmiz su əldə etmək olar - İnstitut direktoru

İqtisadiyyat Materials 10 Dekabr 2020 10:04 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın kəhrizlər vasitəsilə hər il orta hesabla 300-350 milyon kubmetr təmiz və keyfiyyətli su əldə etmək imkanı var.

Bunu Trend-ə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda (Naxçıvan MR istisna olmaqla) rəsmi dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si işğal altında idi:

"Şükürlər olsun ki, onlar da işğaldan azad olundu. Beləliklə, biz hər il orta hesabla 300-350 milyon kubmetr təmiz və keyfiyyətli kəhriz suyu əldə etmək imkanımız olduğu halda, ona niyə sahib çıxmayaq?! ХХ əsrin əvvəllərinə qədər Bakı, Gəncə, Bərdə, Naxçıvan, Ordubad və digər şəhərlərin və 200-dən çox kənd yaşayış məntəqəsinin su təchizatını yalnız kəhrizlər təmin edib. 1938-ci ildə Azərbaycanda rəsmi dövlət qeydiyyatında 885 kəhriz olub. Onların su sərfi 13,354 kubmetr/saniyə, il ərzindəki miqdarı 420 milyon kubmetr həcmə bərabər olub". Azərbaycanda (Naxçıvan MR istisna olmaqla) rəsmi dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si mənfur qonşuların işğalı altında idi. Şükürlər olsun ki, onlar da işğaldan azad olundu. Beləliklə, biz hər il orta hesabla 300-350 milyon kubmetr təmiz və keyfiyyətli kəhriz suyu əldə etmək imkanımız olduğu halda, ona niyə sahib çıxmayaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti