...

Azad edilmiş ərazilərin bərpası üçün xüsusi dövlət proqramının layihəsi hazırlanır - Nazir

İqtisadiyyat Materials 29 Dekabr 2020 11:20 (UTC +04:00)
Azad edilmiş ərazilərin bərpası üçün xüsusi dövlət proqramının layihəsi hazırlanır - Nazir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün xarici ekspertlərin də cəlb edilməsi ilə xüsusi dövlət proqramının layihəsi hazırlanır.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında deputatların təklif və rəylərinə və suallarına münasibət bildirərkən deyib.

Nazir bildirib ki, dövlət büdcəsinin müzakirələri zamanı deputatlar əsasən işğaldan azad edilmiş ərazilərin bərpası üçün vəsaitin artırılması, bu istiqamətdə xaricdə olan soydaşlarımızın və digər maliyyə vəsaitlərinin cəlb edilməsi və idarə edilməsi mexanizminin yaradılması, müdafiə xərclərinin artırılması, sosial müdafiənin gücləndirilməsi istiamətində əlavə maliyyənin ayrılması kimi təkliflər irəli sürdü.

S.Şərifov hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün xüsusi dövlət proqram layihəsi üzərində iş aparılır. O bildirib ki, bütün bu işlər başa çatdıqdan sonra işin maliyyə tutumu, xaricdən maliyyə vəsaitlərinin cəlb edilməsi və digər məsələlər dəqiqləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti