...

İpək yolu marşrutu ən populyar istiqamətlər siyahısında yer alıb

İqtisadiyyat Materials 6 Yanvar 2021 11:25 (UTC +04:00)
İpək yolu marşrutu ən populyar istiqamətlər siyahısında yer alıb

Bakı. Nərgiz Sadıxova - Trend:

Böyük Britaniyanın “The Guardian” qəzeti oxucuların rəyi əsasında 2021-ci il üçün planlaşdırılan 12 ən populyar marşrut siyahısını tərtib edib.

Trend-in məlumatına görə, siyahıda İpək yolu marşrutu da yer alıb.

Bu marşrutu təklif edən oxucu 2019-cu ildə Böyük İpək yolu boyunca yerləşən şəhərlərdə, Almatı, Bişkek, Səmərqənd şəhərlərində olduğunu, 2021-ci ildə Tehran və Bakıya səfər etməklə səyahəti başa çatdırmağı planlaşdırdığını deyib.

Qəzetin tərtib etdiyi 12 ən yaxşı marşrut siyahısında Şotlandiyanın Vester Ross, bölgəsi, Landi adası, Ukrayna və digər bölgələr yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti