Bakı. Ceyhun Ələkbərov - Trend:
Keçən il Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manata yaxın vəsait daxil olub.
Trend-in məluamtına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkəmizin qüdrəti və vətəndaşlarımızın sosial rifahıdır:
"Vergiləri vaxtında və tam ödəyən hər vergiödəyicisinin dövlətin tərəqqisində payı var" - deyə, nazir bildirib.