...

Bakıətrafı ərazilərin su və kanalizasiya xətləri dövlət hesabına çəkiləcək

İqtisadiyyat Materials 1 Fevral 2021 13:06 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı və bakıətrafı ərazilərdə planlaşdırılmadan salınan yaşayış massivlərinin su və kanalizasiya sistemləri dövlət hesabına icra ediləcək.

Trend-in məlumatına görə, bunu “Azərsu” ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə layihələr hazırlanıb: "Əhali tərəfindən müraciətlər olunur ki, bəzi ərazilərdə maşınlarla içməli su daşınır. Yaşayış məntəqələrinin bəzilərinin inkişafı, genişləndirilməsi nəticəsində bu cür problemlər müşahidə olunur. Nəticədə həmin ərazilərdə su və kanalizasiya xətlərinin inkişafı geri qalıb. Hər hansısa qəsəbə əvvəl nəzərdə tutulduğundan çox genişlənib, yaşayış evlərinin sayı artıb. Həmin ərazilərdə genişlənmə olsa da, kanalizasiya və su xətləri nəzərdə tutulmayıb. Bu ərazilərin su və kanalizasiya xətlərinin çəkilməsi üçün artıq layihələrimiz var. Bu layihələrin icrası dövlət investisiya proqramları çərçivəsində həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti