...

Samsung Galaxy S21 seriyalı smartfonların öncədən sifariş kampaniyası çərçivəsində rekord satış göstəriciləri qeydə alınıb (FOTO)

İqtisadiyyat Materials 9 Mart 2021 18:00 (UTC +04:00)
Samsung Galaxy S21 seriyalı smartfonların öncədən sifariş kampaniyası çərçivəsində rekord satış göstəriciləri qeydə alınıb (FOTO)

Bakı. Trend:

Samsung tərəfindən yeni təqdim edilən Galaxy S21 flaqman seriyasının öncədən sifariş kampaniyası çərçivəsində rekord satış göstəriciləri qeydə alınıb. Belə ki, qeyd olunan bu kampaniya müddətində smartfonların yüksək satış göstəriciləri haqqında məlumat dünyanın bir çox ölkəsində qeydə alınmışdır. Buna misal olaraq, şirkət, Samsung Galaxy S21 məhsul xəttinin, Cənubi Koreyada əvvəlki modellərə nisbətən 30% daha yaxşı satıldığını qeyd edib. Sözü gedən bu xəbər Samsung tərəfindən rəsmi press-relizdə təqdim edilərək, 29 yanvar - 8 fevral tarixlərində həyata keçirilmiş satış məlumatlarına əsaslanmışdır.

Beləliklə, “Vanil” rəngli Galaxy S21 ən çox satılan model olub, ümumi satışların 40% təşkil etmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, burada Galaxy S21 Ultra-nın payına 36%, Galaxy S21 + - isə 24% satış həcmi düşmüşdür. Həmçinin, Phantom Black və Phantom Violet, yeni cihazların ən populyar rəng seçimi olmuşdur. Qeyd edilən bu xəbər Samsung-un İngiltərədə Galaxy S21 üçlüyünün satış rekordu vurğunu bəyan etdiyindən bir gün sonra təqdim edilmişdir. Belə ki, Samsung Galaxy S21 Ultra İngiltərənin super hitinə çevrilərək, öncədən sifarişlərin 50%-dən çoxunu təşkil etmişdir. Samsung Galaxy S21 Ultra-nın bu populyarlığının şirkət, enerjiyə qənaət edən yeni AMOLED ekran, 5G modem və təkmilləşdirilmiş kameralar sayəsində əldə olunduğunu irəli sürür.

Xatırladaq ki, yeni Galaxy S21 flaqman seriyası Galaxy S21, Galaxy S21 + və Galaxy S21 Ultra modellərindən ibarətdir. Smartfonlar istənilən istifadəçinin zövqünü oxşaya biləcək şəkildə hazırlanmışdır. Buna misal olaraq, cihazlar fərqli ölçü və texniki xüsusiyyətlərə malik displeylərlə təchiz edilmişdirlər: Galaxy S21 - 6.2 ", Galaxy S21 + - 6.7" və seriyanın ən böyük cihazı - 6.8” ekrana sahib olan Galaxy Ultra. Galaxy S21 və S21 +, biri ultra geniş digər isə geniş bucaqlı olmaqla iki 12 MP kamera ilə təchiz olunub. Qeyd edilən iki kamera ilə yanaşı burada həm də üç qat optik “zoom”a malik 64 MP-lik telefoto obyektivi də təqdim olunub.

Bu nöqteyi-nəzərdən öz “qardaşlarından” fərqlənən Galaxy S21 Ultra, təkmilləşdirilmiş 100x “Space Zoom” ilə təchiz edilmiş yeni 108MP professional sensoru olan dördlü əsas kamera (ultra geniş bucaq, geniş bucaq və ikili telefoto) ilə təchiz olunaraq, 12 bitlik HDR fotolar çəkməyə imkan yaradır.

Smartfon, həmçinin, S Pen ilə işləməni də dəstəkləyir.

Yeni “Galaxy S21” məhsul xəttinin smartfonları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irşad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti