...

Rusiyadan Bakıya yeni reyslər açılacaq

İqtisadiyyat Materials 20 May 2021 10:34 (UTC +04:00)
Rusiyadan Bakıya yeni reyslər açılacaq

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın "Uralskie avialinii" aviaşirkəti bir neçə şəhərdən Bakıya yeni reysləri işə salacaq.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, mayın 29-dan etibarən Krasnoyarsk şəhərindən Bakıya uçuşlar başlayacaq.

Mayın 31-dən Omsk, Novosibirsk və Nijni Novqoroddan reyslər planlaşdırılır.

Bundan başqa, iyunun 3-dən Perm-Bakı, iyunun 4-dən Samara-Bakı rmarşrutu ilə uçuşlar həyata keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti