...

SOCAR Ukraynanın "Glusco" şirkətinin YDM şəbəkəsinin satın alınması ilə bağlı məlumata münasibət bildirib

İqtisadiyyat Materials 5 İyul 2021 19:13 (UTC +04:00)

Bakı. Trend:

SOCAR Ukraynanın "Glusco" şirkətinin yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin satın alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bu barədə Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib ki, hazırda belə bir satınalma ilə bağlı hər hansı bir qərar yoxdur.

Qeyd edək ki, "Glusco" Ukraynada 127 YDM-yə və 6 neftbazaya sahibdir.

"Glusco" İsveçrənin Proton Energy Qrupuna daxil olan "Glusco Energy" şirkətinin törəmə müəssisəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti