...

Azərbaycanda kompüter istehsalı xeyli artıb

İqtisadiyyat Materials 24 İyul 2021 11:31 (UTC +04:00)
Azərbaycanda kompüter istehsalı xeyli artıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb.

Trend-in məlumatına görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 101,8 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 60,6 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 26,3 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,5 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 89,2 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 49,0 faiz, məişət soyuducularının istehsalı isə 46,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti