...

Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

İqtisadiyyat Materials 15 Sentyabr 2021 16:13 (UTC +04:00)
Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

Bakı. Elçin Mehdiyev – Trend:

Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolma daha beş il müddətinə uzadılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ “Gömrük tarifi haqqında” Qanuna və Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Qanun layihəsinə dəyişikliklər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib.

Qanuna dərişiklik barədə komitə sədri Tahir Mirkişili məlumat verib. O qeyd edib ki, iclasın gündəliyinin 3-cü və 4-cü məsələsi olan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin oxşar xarakterdədir.

Bildirilib ki, qanun layihələrində Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolmanın daha beş il müddətinə uzadılması nəzərdə tutulub.

Müzakirələrdən sonra qanuna dəyişikliklər parlamentin plenar iclasına tövsiyə edilib.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti