Bakı. Trend:
Təhlükəsizlik xidməti rəhbərindən və ya ticarət şəbəkəsi rəhbərindən soruşun: "Kassirlərin fəaliyyəti nəticəsində siz öz gəlirlərinizin hansı hissəsini itirdiyinizi bilirsinizmi?" Onlar adətən belə cavab verir "Bizdə oğurluq yoxdur", "Bizdə intizam qaydalarını pozmurlar", "Bizdə müştəriyə əlavə heç nə verilmir". Təəssüf ki, demək olar, 100% hallarda fırıldaqların həyata keçirilməsi və kassada qayda pozuntularının aşkara çıxarılması üzrə işlər onu göstərir ki, bu belə deyil. Bundan əmin olmağa kassa əməliyyatlarına nəzarət sistemi (KƏNS) yardım edir.
Bu məqalədə hansı ssenarilərdə reteylerlərdən pulların kassadan "uçub getməsi"ni, bunu standart kamera nəzarəti ilə niyə ortaya çıxarmağın çətin olmasını nəzərdən keçirəcəyik. KƏNS-in pozuntulara yol verənləri tapması və mağazanın maliyyə itkilərini azaltmasını Rusiya bazarının liderlərindən olan Set Prisma siseminin üzərində əyani olaraq göstərəcəyik.
Sadəcə videonəzarət kifayət deyil
Məsələn, Rusiyada ticarət mərkəzlərinin 90%-i videonəzarət kameraları ilə təchiz olunub, lakin şirkətlərin sadəcə bir hissəsində videomaterialların dərin və müntəzəm analizi üçün resursları var. Kameralar hansısa müəyyən hadisəyə aydınlıq gətirən zaman yardım edir, lakin kassalarda fırıldaqlar və səhvlər sakit və əmin bir şəkildə həyata keçirilir. Onlara videolara baxaraq, yaxud çox zaman sərf edərək rast gəlmək olur.
Kassada şübhəli hadisəni avtomatik olaraq aşkarlayacaq xüsusiləşdirilmiş vasitə lazımdır. KƏNS-in mahiyyəti da məhz bundadır. O, kassaya yönəldilmiş kameradan videonəzarəti kassa məlumatları ilə sinxronlaşdırır, məlumatları analiz edir - TX işçisi və ya mağaza müdirinin diqqətini bütün şübhəli insidentlərə (kassirin davranışlarına) yönəldir.
Sistemdə müəyyən dövr üçün bütün şübhəli epizodların hazır sıralanmasına baxılması üçün təqdim olunan operator işləyir. Sistemin interfeysi və effektivliyi üzərində 2003-cü ildən bəri mütəxəssislər işləyir, ona görə də müasir KƏNS analitiki asanlıqla, məsələn, 25 mağazada 2-4 kassa idarə edə bilir.
KƏNS bu ticarət şəbəkəsində artıq quraşdırılmış olan videonəzarət sisteminin imkanlarını nəzərəçarpacaq dərəcədə genişləndirə və təhlükəsizlik xidmətinə yeni qiymətli məlumatı təqdim edə bilir. Bu həll özünü ilk aylarda (bəzən həftələrdə) ödəyir.
Sistemi test edirik - qaydaları pozanları işdən çıxarırıq və mağaza itkilərini azaldırıq
KƏNS-in tətbiq olunması hər zaman heyrətləndirir. Bir müddət öncə sistemi bir neçə mağazada test etmişik - nəticədə qayda pozuntularına görə 7 nəfər işdən azad olunub, 5 cinayət işi açılıb. Kassalarda müştərinin heç şübhələnməyəcəyi fırıldaqlar ortaya çıxarılıb, onun isə ölkədə yüzlərlə mağazası var.
Qayda pozuntularının aşkara çıxarılması və günahkarların aydınlaşdırılması zamanı ticarət şəbəkəsi bu halların təkrarlanmasının və öz itkilərinin qarşısını asanlıqla ala bilər. İfşaların dəqiq məbləği haqqında məlumatları riteylerlər könülsüz olaraq paylaşır, məsələn, Set Prisma vasitəsilə 10-15 kassası olan 8 mağazadan ibarət ticarət şəbəkəsi bir il ərzində 3,5-4 milyon rubl məbləğində qanun pozuntusu aşkarlayıb və aradan qaldırıb.
Kassada fərqinə varmadığımız pozuntular
Məlumatlar var ki, Rusiyada riteylerlərin maddi itkilərinin 30%-i kassalarda işçi heyətin səhvləri, qayda pozuntuları və oğurluqların payına düşür. Həmçinin kassada dolayı itkilər mövcuddur, birbaşa çatışmazlıq olmasa da kassirin davranışlarına görə riteyler reputasiya xərcləri çəkir və mağaza müştəri itirir: uyğunsuz hərəkətlər və xrici görünüş, müştərinin evə getdikdən sonra aşkar edəcəyi yalan və hesab aldatmaları, cərimələrə səbəb olacaq reqlamentlərin pozulması. Set Prisma sisteminə kassa cərgəsində mövcud olan 90 qayda pozuntusu məlumdur - bütün bunlar Rusiyanın qabaqcıl riteylerlərinin çoxillik təcrübəsinə əsaslanır.
1. Kassalarda oğurlayırlar və aldadırlar
Adətən riteylərlərə ən böyük itkini gətirən kassirlərin pul və ya onun ekvivalentini mənimsəmək məqsədilə qəsdən törətdiyi hərəkətlərdir:
- Alıcı məhsulun pulunu ödəyir və çeki götürmədən gedir. Kassir nə edir? Çeki ləğv edir, yaxud çek daxilində hansısa pozisiyanı (adətən ən bahalısını) ləğv edir - nağd pulu isə özünə götürür. Bu sxem bizim müştərilərin 90%-də aşkar edilib, xüsusilə administratorların və menecerlərin iş günü olmayan bazar günlərində
- Ödəmə zamanı kassir özünün böyük endirimi olan endirim kartindan istifadə edir - müştəriyə aid bonusları mənimsəyir və sonra onlardan ödəniş üçün istifadə edir.
- Kassir yalandan, alıcının müraciəti və qaytarılan məhsul olmadan, məhsulu qaytarır və geri verilən pulu mənimsəyir.
Bu sistemdə necə görünür. Hesabatda 584, 11 rubl həcmində alıcı tərəfindən ödənilmiş çekin ləğv olunması haqqında şübhəli epizod qeydə alınır. Baxılan videofraqment sübut edir: alıcı məhsulla getdi, lakin məhsul yenidən kassaya vurulmadı. İqtisadi qayda pozuntusu qeydə alındı.
Bu kateqoriyadan olan bir çox qayda pozuntuları "öz" müştərisi ilə və ya digər kassirlərlə öz şəxsi alış-verişi üçün razılığa əsasən həyata keçirilir.
Niyə bunu aşkar etmək vacibdir? Oğrunu "iş başında" tutan riteyler itkinin mənbyini dərhal aradan qaldırır, pozuntunun aşkarlanması və onun nəticələri barədə digər işçilərə xəbər verir. Bu digər əməkdaşlara müsbət təsir edir. KƏNS istifadəsinin ilk 2-3 ayı ərzində ticarət məntəqəsini tamamilə sağlamlaşdırmaq, oğurluğu dayandırmaq, əməliyyat səhvlərini azaltmaq və intizamı artırmaq mümkündür.
Kassada səhvlər olur
Bu qayda pozuntularının ikinci kateqoriyasıdır, qəsdən olmasa da, onlar hər yerdədir. Bəzi riteylerlərda bu məbləğ hətta qəsdən həyata keçirilənlərdən daha artıq ola bilir.
- Özünəxidmət tərəzisində alıcı qəsdən məhsulun çəkisini daha az göstərir. Kassir bunu görmədən çeki vurur. Mağaza zərər çəkir.
- Kassir məhsulun kodunu əllə vurduğu zaman səhv edir. Mağazada yenidən qiymətləndirmə gedir, alıcı isə ödəmədiyi məhsulla gedir.
- Qablaşdırılmada olan qrup şəklində məhsulların satışı zamanı yalnız 1 məhsul kassadan keçir, lakin hamısı verilir. Bu əlbir hərəkətlərin bir hissəsi də ola bilər, səhvən də həyata keçirilmiş ola bilər, xüsusən axşam, kassirin yorğun olduğu zaman kassada növbə varsa.
Nümunə. Set Prisma qeydə alır: kassir bir ədəd «Pudinq Ermiqurt 3,2 % 100 qr» kassadan keçirir. Lakin videoyazı təsdiq edir ki, alıcı 4 ədəd alıb.
- Məhsul skanlama zamanı təsadüfən buraxılır və digər başqa hallar
Bunları ortaya çıxarmaq niyə vacibdir? Məlum səbəblərdən diqqətsizlik ucbatından baş vermiş itkiləri tamamilə aradan qaldırmaq mümkün deyil. Lakin kassirin diqqətini səhvə yönəltmək, əlavə təlim keçmək və səhvin təkrarlanmasının qarşısını almaq mümkündür. Set Prisma hesabatında daha diqqətli əməkdaşları demotivasiya etməmək üçün aydın görünür ki, səhv kimin tərəfindən və hansı zamanda baş verib.
Kassalarda intizam pozulur
Set Prisma-nın analoji hesabatlarında biz müntəzəm olaraq görürük ki, kassir telefonla danışır, uzun müddət yerində olmur, iş yerində yeyir, kassada üst geyimində oturur - bütün bunlar mağazanın imic itkilərini yol açır. Lakin riteyler üçün reqlamentə qarşı səhlənkar münasibət nəticəsində maddi itkilər də əhəmiyətli ola bilər, çünkü bəzi rəsmi pozuntulara görə riteylerə cərimələr düşür.
Nümunə. Videodan görünür ki, kassir məhsulu kassanın yanında, yerdə saxlayır - bu sanitar normaların pozuntusudur.
KƏNS pul qutusunun açılması kimi intizam pozuntusunu da qeydə alacaq. Ödəniş həyata keçirilmədən onun açılması ona işarədir ki, kassir pul qalıqlarını çıxarır və ya başqa məqsədlər üçün pulu sayır.
Bu qayda pozuntularını aşkar etmək nə üçün vacibdir? İntizam pozuntularını səhlənkarlıq və diqqətsizlik nəticəsində riteylerin maddi itkiləri baş vermədən əvvəl ortaya çıxarmaq və qarşısını almaq vacibdir.
Necə quraşdırmaq və test etmək? Asanlıqla
Set Prisma - bütün Rusiyada və MDB ölkələrində riteylorlar üçün proqram təminatı və avadanlığ təklif edən Sankt-Peterburqn CSI şirkətinin məhsuludur. CSI öz bloqunda Set Prisma haqqında ətraflı məqalələr yazır və istənilər riteyler üçün aktual olan suallara cavab verir:
- KƏNS qurğularının iqtisadi məqsədəuyğunluğunu necə hesabamalı
- məlumatların emalı üçün neçə əməkdaş və hansı avadanlıqlar lazımdır
- sistemdə necə işləməli: tərkibində neçə şablon var və öz axtarış qaydalarını necə quraşdırmalı
- interfeysin imkanları - yeni başlayanlar və mütəxəssilər üçün
Sizin mağazalarınızdakı kassalarda qayda pozuntuları ilə vəziyyətin necə olduğunu bilmək istəyirsiniz?
Siz Set Prisma konsultantları və analitiklərinə KƏNS effektivliyinin hesablanması üçün müraciət edə bilərsiniz - və pilot layihənin nəticələrinə uyğun olaraq öz mağazalarınızdakı vəziyyət haqqında məlumatı bir ay ərzində alacaqsınız.
CSI sizin müraciətinizi cavablandırmağa şad olacaq!
[email protected], tel: + 7 (812) 677-09-46, www.crystals.ru
Məlumat üçün
Set Prisma Rusiya, Belarus, Qazaxıstan və digər MDB ölkələrində istifadə olunur. Sistem vasitəsilə iri ticarət şəbəkələri, alkomarketlər, 1-2 kassalıq kiçik mağazalar, çörəkçilər və digər satış nötqələri kassalarda pozuntuları aşkar edir. Set Prisma-nın unikallığı CSI şirkətinin riteyldən müştərilərinin analitikləri ilə birgə 15 ildir tətbiq etdiyi ekspertizasıdır.