...

Azərbaycana kartof idxalı üçün yeni tələblər müəyyən edilib

İqtisadiyyat Materials 14 Oktyabr 2021 11:23 (UTC +04:00)
Azərbaycana kartof idxalı üçün yeni tələblər müəyyən edilib

Bakı. Samir Əli - Trend:

Azərbaycanda ölkəyə idxal edilən toxumluq və ərzaqlıq kartof məhsuluna yeni tələblər müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, yeni tələblər Azərbaycana məhsul ixrac edən ölkələrə təqdim olunub: "Payız mövsümündən etibarən, kənd təsərrüfatı məhsullarının ixrac olunduğu əsas idxal tələbləri nəzərə alınaraq, ümumilikdə pomidor 25, kartof 25, soğan 20, şaftalı və nektarin 19, alma, armud, ərik, albalı, gavalı 18, nar və zoğal 12, xurma 10 zərərli orqanizmə görə müəyyən ediləcək ki, bu da fitosanitar sertifikatlaşma müddətinin artmasına səbəb ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti