...

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub

İqtisadiyyat Materials 25 Oktyabr 2021 20:12 (UTC +04:00)
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, neft-qaz məhsulları üzrə ixracın 37,8 faizini İtaliyaya, 13,6 faizini Türkiyəyə, hər biri 4,2 faiz olmaqla Xorvatiya və Rusiyaya, 4,0 faizini İspaniyaya, 3,8 faizini Hindistana, hər biri 3,6 faiz olmaqla Gürcüstan və İsrailə, 2,7 faizini Tunisə, hər biri 2,4 faiz olmaqla Ukrayna və Portuqaliyaya, 2,2 faizini Birləşmiş Krallığa, 1,7 faizini Almaniyaya, 1,6 faizini İsveçrəyə, 1,1 faizini Kanadaya, hər biri 1,0 faiz olmaqla Tailand, Yunanıstan, Çin və Belarusa, 7,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,0 faiz), Türkiyəyə (25,7 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,6 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,4 faiz), Belçikaya (1,3 faiz), Braziliyaya (1,1 faiz), Birləşmiş Krallığa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti