...

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb

İqtisadiyyat Materials 29 Noyabr 2021 13:06 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində qurumun fəaliyyətinin İSO 37001 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə uyğunluğunun təmin edilməsi prosesinə başlanılıb.

Bu standart idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərini aradan qaldırmaq üçün təlimat, prosedur və siyasət dəstəyini təmin edir. Standartın tətbiqi üçün Xidmət tərəfindən ötən ilin ortalarından mərhələli şəkildə hazırlıq işləri aparır.

İlk mərhələdə beynəlxalq təlimi başa vurmuş Xidmət əməkdaşları imtahandan keçib və "İSO 37001 standartının tətbiqi üzrə mütəxəssis" beynəlxalq sertifikatı alıblar.

Xidmət tərəfindən korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt” (012 525 55 45, dax: 1) yaradılıb. Vətəndaşlar Xidmətin əməkdaşlarına aid hər hansı korrupsiya hüquqpozmaları ilə rastlaşdıqları halda bu barədə həmin “Qaynar xətt”ə, həmçinin [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Son mərhələdə standartın tətbiqi işləri beynəlxalq akkreditasiyaya malik təşkilat tərəfindən qiymətləndirilməklə müvafiq sertifikatla təsdiq ediləcək.

Standartın tətbiqi və sertifikatlaşdırma prosesində dəstək üçün Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq idarəetmə standartları sahəsində tanınan və 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərən “Zygon Caspian Consulting” şirkəti (Böyük Britaniya) ilə əməkdaşlıq edir.

Müvafiq xidmətlərin satın alınması üçün keçən il Xidmətin qanunverciliyin tələblərinə uyğun keçirdiyi açıq və şəffaf tenderdə bu şirkət ən səmərəli və eyni zamanda aşağı qiymətə xidmət təklifinə görə qalib olub.

Aidiyyəti satınalma qurumları tərəfindən həmin tenderin icrasına nəzarət edilib və qeydiyyata alınan nəticələr də elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti yaxın vaxtlarda İSO 37001 standartının tətbiqi prosesini yekunlaşdırmağı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti