Bakı. Natəvan Rzayeva - Trend:
Özbəkistan Azərbaycanla qarşılıqlı səmərəli tərəfdaşlıq münasibətlərinin inkişafını hədəfləyir.
Trend-in məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Mahumadjan Baturaliyev bu gün Bakıda "Made in Uzbekistan" sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, indiki sərgi ikitərəfli ticari-iqtisadi münasibətlərin təşviqi üçün əlamətdar hadisə olacaq.
Müşavir əlavə edib ki, Azərbaycanla Özbəkistanın rəqabət aparması deyil, öz məhsullarının ixracının təşviqi üçün birgə işləməsi vacibdir.
(Tərcümə: Orxan Nəbiyev)