Bakı. Trend:
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, dəyişikliklərə adaptasiya və təsirlərinin azaldılması məsələlərinə həsr olunmuş iclas keçirilib.
Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, iclasda hökumət üzvləri və bəzi şəhər və rayonların icra başçıları iştirak ediblər.
İclasda iqlim dəyişiklikləri ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların təsirlərinin azaldılması istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi qeyd edilib.
İqlim dəyişikliyinin kənd təsərrüfatına, sosial sahəyə təsiri, təbii fəlakətlər və onların qarşısının alınması, təbii ehtiyatlardan səmərəli istifadəyə dair məruzələr dinlənildi və müvafiq tapşırıqlar verilib.