...

Bu şəxslər üçün peşə kursları ödənişsiz və təqaüdlə olacaq

İqtisadiyyat Materials 24 Dekabr 2021 13:51 (UTC +04:00)
Bu şəxslər üçün peşə kursları ödənişsiz və təqaüdlə olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanunda dəyişiklik müzakiryə çıxarılıb.

Trend-in məlumatına görə, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar irəli sürülür.

Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti