...

Qazaxıstan Şimal-Cənub dəhlizinin formalaşmasında xüsusi rol oynayır - Nazirlik

İqtisadiyyat Materials 3 Yanvar 2022 09:38 (UTC +04:00)
Qazaxıstan Şimal-Cənub dəhlizinin formalaşmasında xüsusi rol oynayır - Nazirlik

Bakı. Trend:

Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsinin tikintisi Avropa, Rusiya, Mərkəzi Asiyadan Pakistan, Hindistan və Cənubi Asiya ölkələrinə ən qısa marşrutun formalaşmasına imkan verəcək.

Bunu Trend-ə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyindən bildiriblər.

Vurğulanıb ki, Qazaxıstan Avropanın, Uralın, Sibirin və Uzaq Şərqin ən zəngin regionlarını Mərkəzi və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat-tranzit iqtisadi dəhlizinin formalaşmasında xüsusi rol oynayır.

"Asiyadan Avropaya və əksinə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verən əsas Trans-Avrasiya ticarət dəhlizləri Qazaxıstan ərazisindən keçir. İnkişaf etmiş dəmir yolu infrastrukturuna malik Qazaxıstan Avrasiyanın əsas dəhlizlərində strateji tərəfdaşlarla, o cümlədən İƏT ölkələri ilə tranzit və ticarət potensialını artırmaq üçün hər cür imkana malikdir". Şimal-Cənub nəqliyyat-tranzit dəhlizinin çatışmayan hissəsinin - Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolunun tikintisi Avropadan, Rusiyada, Mərkəzi Asiyadan Pakistana, Hindistana və Cənubi Asiya ölkələrinə ən qısa marşrutu formalaşdıracaq ki, marşrut 1800 km-dək qısalacaq", - nazirlik vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti