Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan neft gəlirlərinin qeyri-neft sektoruna yönləndirilməsində çox böyük uğurlara nail olub. Ötən il Azərbaycanın qeyri-neft artımı 20 faiz təşkil edib ki, bu da müstəqillik tarixinin ən yüksək göstəricisidir.
Ötən il Azərbaycanın qeyri-neft sektorunda ƏDV-dən daxilolmalar 17 faiz artıb. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda vergi daxilolmalarının ən yüksək artım templəri ictimai iaşədə 84,1 faiz, pərakəndə ticarətdə 53,7 faiz, sənayedə 29,3 faiz və xidmət sektorunda 19,7 faiz müşahidə olunub.
2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8 faiz, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6 faizə çatıb ki, bu da 2020-ci (8,5 faiz) və 2019-cu (7,6 faiz) illərlə müqayisədə daha yüksək göstəricidir.
Qeyri-neft iqtisadiyyatında artım tempi 7,2 faiz təşkil edib. Qeyri-neft sənayesi təxminən 20 faiz artıb.
2021-ci ildə dünya ticarətinin 10,8 faiz həcmində artımı proqnozlaşdırıldığı halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb. Qeyri-neft ixracının bu cür artımı record göstəricidir.
2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2020-ci illə müqayisədə 870 milyon dollar artıb və 2,7 milyard dollar təşkil edib. Ötən ilin yekunlarına əsasən, qeyri-nef ixracında meyvət-tərəvəz məhsullarının payı 630,4 milyon dollar təşkil edib. 2021-ci ildə Azərbaycanda qara metalların və bu məmulatların ixracı iki dəfə, pambıq mahlıcının ixracı 3,1 dəfə, şəkər ixracı 19,2 faiz, kimya sənayesi məhsulları ixracı 2,9 dəfə, pambıq lifi ixracı 58,3 faiz, aluminum və bu məmulatların ixracı 66,2 faiz artıb.
Azərbaycanın qeyri-neft məhsullarının ən iri idxalatçıları Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və digər ölkələr olub.
Yaxın gələcəkdə Azərbaycan hökumətinin böyük diqqət verdiyi sənaye zonaları qeyri-neft sənayesinin başlıca aparıcı qüvvəsi qismində çıxış edəcək.
Qeyri-neft sektorunun iqtisadi artımın əsas mənbəyi qismində rolunun artması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının dayanıqlı artımı da gözlənilir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, artıq 2025-ci ilədək ÜDM-də qeyri-neft sektorunun payı 72,9 faiz, neft sektorunun payı 27,1 faiz təşkil edəcək.
2021-2025-ci illərdə Azərbaycan ÜDM-nin proqnozlaşdırılan həcmi və ÜDM-in neft və qeyri-neft sektorunda xüsusi çəkisinin cədvəli
İl |
ÜDM-in həcmi (milyard manat) |
ÜDM-də qeyri-neft sektorunun payı və həcmi (milyard manat və %) |
ÜDM-də neft sektorunun payı və həcmi (milyard manat və %) |
2021 |
82,2 |
55,1 milyard manat (67,0%) |
27,1 milyard manat (33,0%) |
2022 |
87,5 |
59,6 milyard manat (68,1%) |
27,9 milyard manat (31,9%) |
2023 |
92,4 |
64,5 milyard manat (69,8%) |
27,9 milyard manat (30,2%) |
2024 |
97,9 |
69,5 milyard manat (71,0%) |
28,4 milyard manat (29,0%) |
2025 |
102,6 |
74,8 milyard manat (72,9%) |
27,8 milyard manat (27,1%) |
Rusiyanın “Qazprombank”ının Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Qulnara Xaydarşina qeyd edib ki, ortamüddətli perspektivdə Azərbaycanın qeyri-neft-qaz ixracının daha nikbin inkişaf ssenarisi ehtimalı daha çoxdur.
Onun sözlərinə görə, 2025-ci ildə planlaşdırılan 3,6 milyard dollar göstəriciyə çatmaq üçün dörd il ərzində artım 1,2 milyard dollar təşkil etməlidir.
“Azərbaycanın ixrac potensialı və Qarabağda ixrac yönümlü istehsal müəssisələrinin gözlənilən tikintisi nəzərə alınarsa, bu həcmə nail olmaq asandır. Qeyri-neft-qaz ixracının rekord artımını nəzərə alsaq, ortamüddətli perspektivdə reallaşdırılan tədbirlərin dəstəyi ilə qeyri-neft-qaz ixracının dinamikasının saxlanması 2025-ci ilədək onun ümumi ixracda payının 20 faiz yaxın həcmədək yüksəldə bilər”, - deyə o bildirib.
Hazırda dövlət prioritet istiqamət qismində qeyri-neft sektorunun inkişafını seçib. Ona görə də ölkənin diqqəti əhalinin rifahının yüksəldilməsinə, ixracyönümlü iqtisadiyyata keçidə və rəqabətqabiliyyətliliyin artırılmasına yönəlib.
Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın şaxələndirilməsini tələb edir. Bununla əlaqədar olaraq dövlətin qarşısında dayanan vacib məsələlərdən biri şaxələndirmə prosesinin sürətləndirilməsidir. Bu sahədə mühüm rolu həm də ayrı-ayrı bölgələrin inkişafı oynayır. Azərbaycanda qeyri-neft ixracının inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorun iqtisadi fəallığının stimullaşdırılması dövlət qarşısında dayanan vacib tapşırıqlardandır.
Demək olar ki, qeyri-neft sektorunun inkişafı Azərbaycanın milli iqtisadi təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır.
(Tərcümə: Orxan Nəbiyev)