...

Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq (FOTO)

İqtisadiyyat 23 Yanvar 2022 21:24 (UTC +04:00)
Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq (FOTO)

Bakı. Trend:

Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Xəzər Fərhadov Pakistanın, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin artırılmasına töhfə verəbiləcək potensialı olan müxtəlif sənaye bölgələrini ziyarət edib.

Pakistanın nüfuzlu şirkətlərindən biri olan "Sardar Group Company"-nin rəhbəri, eləcə də İslamabad Sənaye və Ticarət Palatasının keçmiş prezidenti Sərdar Yasir İlyas Xanın təşkilatçılığı ilə baş tutan ziyarət zamanı, səfir X. Fərhadov bu ölkənin yeyinti, əczaçılıq və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış zavod və fabriklərinə baxış keçirərək iş prosesləri ilə yaxından tanış olmuşdur.

Bəhs olunan ziyarət zamanı ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, eləcə də pakistanlı işadamlarından ibarət heyətin ölkəmizə səfərinin təşkil olunacağı diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti