...

"Fitch" qlobal ÜDM artımı proqnozunu azaldıb

İqtisadiyyat Materials 21 Mart 2022 22:02 (UTC +04:00)
"Fitch" qlobal ÜDM artımı proqnozunu azaldıb

Bakı. Trend:

"Fitch Ratings" reytinq agentliyi 2022-ci ildə qlobal ÜDM-nin artımı ilə bağlı proqnozunu 0,7 faiz bəndi azaldaraq 3,5 faizə qədər endirib.

Trend-in məlumatına görə, bu barədə agentliyin saytında dərc edilən açıqlamada deyilir.

Bildirilir ki, iqtisadi artımın ləngiməsi inflyasiya və Ukraynadakı vəziyyətlə bağlıdır.

"Fitch" 2022-ci il üçün qlobal ÜDM artımı proqnozunu 0,7 faiz bəndi azaldaraq 3,5 faizə endirib; avrozonada - 1,5 faiz bəndi, 3,0 faizə qədər; və ABŞ-da - 0,2 faiz bəndi 3,5 faizə qədər", - deyə açıqlamada bildirilir.

Agentliyin analitikləri qeyd edirlər ki, "inflyasiya problemləri gücləndikcə qlobal ÜDM-nin artım perspektivləri əhəmiyyətli dərəcədə pisləşib", Ukraynada baş verən hadisələr isə "qlobal enerji təchizatını təhdid edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti