...

Son üç ayda əməkhaqqı fondu 11,4 faiz artıb

İqtisadiyyat Materials 18 Aprel 2022 11:15 (UTC +04:00)
Son üç ayda əməkhaqqı fondu 11,4 faiz artıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə ardıcıl xarakter alan əməkhaqqı islahatları,əmək müqavilələrinin sayında artım dinamikası əmək haqqı fondunda da artımlara imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında da Azərbaycanda əmək haqqı fondu 11,4 faiz artıb.

Ümumilikdə son 3 ildə minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq əmək haqqının 40 faiz, median əmək haqqının 80 faiz artımı baş verib. Bu dövrdə illik əmək haqqı fondu isə 2,1 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti