Bakı. Trend:
Kənd təsərrüfatının rəqəmsallaşması təkcə istehsalı artırmağa deyil, həm də iqlim dəyişikliklərinə uyğunlaşmağa kömək edir.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Pau Roka Blasko FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar rəqəmsallaşma sahəsində öncül texnologiyalardan istifadə edir.
O, həmçinin rəqəmsal texnologiyaların düzgün tətbiqinin vacibliyini vurğulayıb.
(Tərcümə: Orxan Nəbiyev)