...

İsrailin kənd təsərrüfatı naziri Azərbaycana gələcək

İqtisadiyyat Materials 16 May 2022 16:00 (UTC +04:00)
İsrailin kənd təsərrüfatı naziri Azərbaycana gələcək

Bakı. Trend:

İsrailin kənd təsərrüfatı naziri Oded Forer bu həftə Azərbaycana səfər edəcək.

Trend bu barədə İsrailin Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, səfər çərçivəsində israilli nazirin azərbaycanlı həmkarı İnam Kərimov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşləri planlaşdırılır.

Bundan başqa, Azərbaycan-İsrail bzines forumunun keçirilməsi nəzərdə tutulur.

O.Forerin nümayəndə heyəti ilə birgə kənd təsərrüfatı sərgisinə, aqrar mərkəzə baş çəkəcəyi, Azərbaycan biznes nümayəndələri ilə görüşəcəyi gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti