...

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb (FOTO)

İqtisadiyyat Materials 19 May 2022 21:03 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən 10-cu iclası başa çatıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasdan sonra Azərbaycan və Türkiyə Hökumətləri adından nazirlər Sahil Babayev və Vedat Bilgin Azərbaycan və Türkiyə Hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqinə dair 6 may 2004-cü il tarixli Prosedur Müqaviləyə dəyişikliklər edilməsinə dair Əlavə Prosedur Müqaviləni imzalayıblar.

Həmçinin Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən 10-cu iclasının yekunlarına dair Protokol imzalanıb.

Sənəddə iclasda aparılmış müzakirələrin nəticələrinə əsasən, iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində müəyyən olunmuş gələcək əməkdaşlıq istiqamətləri, fəal təcrübə mübadilələrinin aparılacağı əksini tapır.

İmzalanmadan sonra S.Babayev və V.Bilginin brifinqi olub. Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin də genişlənməkdə olduğu qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti