...

Əhmədbəyli-Ağbənd yolunda tezliklə asfaltlanma işlərinə başlanılacaq (FOTO)

İqtisadiyyat Materials 28 May 2022 12:28 (UTC +04:00)
Əhmədbəyli-Ağbənd yolunda tezliklə asfaltlanma işlərinə başlanılacaq (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Zəngilan. Trend:

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunun tikintisi sürətlə davam edir, yolda tezliklə asfaltlanma işlərinə başlanılacaq.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov deyib.

Onun sözlərinə görə, yolun ümumi uzunluğu 123.6 km olmaqla birinci texniki dərəcənin tələblərinə uyğun inşa ediləcək.

"Yolun ilk 77 km hissəsi 6 zolaqlı, digər 44.6 km hissəsi isə 4 zolaqlı olmaqla inşa ediləcək. Buna uyğun olaraq torpaq yatağının eni 21.5 və 29.5 metr olacaq. Ümumilikdə yol oxu boyu 415 ədəd süni qurğunun tikintisi nəzərdə tutulub. Bu süni qurğulardan 135 ədədinin tikintisi tamamlanıb. Yol oxu boyu 20 körpünü tikintisi də nəzərdə tutulub. Bu 20 körpüdən 6-sı yol qovşağı olacaq. Hazırda isə 17 körpüdə tikinti işləri sürətlə davam edir. Yolun tikintisinin tamamlanması 2023-cü ilin sonuna planlaşdırılır. Həmçinin yolda tezliklə asfaltlanma işlərinə başlanılacaq",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti