...

Əhalinin ötən ay yanacaq xərcləri azalıb

İqtisadiyyat Materials 10 İyun 2022 14:01 (UTC +04:00)
Əhalinin ötən ay yanacaq xərcləri azalıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 036,4 mln. manat xərclənib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesablamalarına görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 7,1% və ya 69,2 mln. manat çoxdur.

Bu ilin may satışlarının dəyəri isə aprel göstəricisi ilə müqayisədə 26,2 mln. manat və ya 10,7% azalaraq 218,7 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,8%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,6 faiz bəndi azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti