...

Britaniyanın neobankı Azərbaycan bazarına daxil olmağı planlaşdırır

İqtisadiyyat Materials 17 İyun 2022 20:41 (UTC +04:00)
Britaniyanın neobankı Azərbaycan bazarına daxil olmağı planlaşdırır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın rəqəmsal bank (neobank) modeli il bank xidmətləri göstərən "Revolut" maliyyə-texnologiya şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd edək ki, "Revolut" 200-dən çox ölkədə təmsil olunur, 18 milyondan çox fərdi, 500 min korporativ müştəriyə malikdir. Şirkət, həmçinin 30-dan çox valyuta ilə maliyyə əməliyyatları yerinə yetirir. "Revolut"un mobil tətbiqi səhmlərin, valyuta və kriptovalyutaların alqı-satqısına imkan verir.

"Revolut" şirkəti 1 iyul 2015-ci ildə təsis edilib, əməkdaşlarının sayı 5 minə yaxındır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti