Bakı. Trend:
Bakıda “Brandup” Agentliyinin təşkilatçılığı və MÜSİAD Azərbaycanın dəstəyi ilə "Baku Branding Meetup" adı ilə iş adamlarının görüşü keçirilib.
Trend-in məlumatına görə, tədbirdə ümumilikdə 150 nəfər iştirak edib, bunların da böyük əksəriyyəti iş adamları, şirkət rəhbərləri və marketinq direktorlarıdır.
Tədbirin əsas məqsədi ölkədə regional, qlobal səviyyədə brendlərin yaranmasının önəmi və yerli bazarda bu istiqamətdə atıla biləcək addımların müzakirəsidir.
Panel iclası zamanı spikerlər qeyd edib ki, hazırda brendinq sahəsində məlumatsızlıq var. Məqsəd bu sahədə məlumatlılığı artırmaq, brendlərin yaradılması və onların beynəlxalq səviyyədə olmasıdır. Əsas odur ki, yaranan brend bazarda digərlərindən fərqlənsin.