...

Avqust ayından Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayacaq

İqtisadiyyat Materials 6 İyul 2022 15:42 (UTC +04:00)
Avqust ayından Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avqust ayından Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlanması planlaşdırılır.

Trend xəbər verir ki, Ağdam Sənaye Parkında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Sənaye Parkının rezidentləri ilə görüşüb.

Görüşdə rezidentlərin Parkın ərazisində yerləşməsi, infrastruktur təminatı, tikinti işlərinə başlanması və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, artıq Sənaye Parkının rezidentləri tərəfindən onlara ayrılmış ərazilərdə torpaq (hamarlama) işlərinə başlanılıb, avqust ayından etibarən tikinti işlərinə başlanması planlaşdırılır.

Məlumat üçün bildiririk ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti