...

DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib

İqtisadiyyat Materials 8 İyul 2022 10:29 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 9 faiz və ya 238 mln. manat çox olmaqla 2 mlrd. 806 mln. manat təşkil edib.

DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-iyun aylarında bu daxilolmalarda 12 faiz və ya 236 mln. manat artım baş verib.

Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 120 mln. manat artaraq 2 mlrd. 591 mln. manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti