...

Türkiyədən İran bazarlarına avtomobil ixracı 60 faizə qədər artıb

İqtisadiyyat Materials 22 İyul 2022 12:21 (UTC +04:00)
Türkiyədən İran bazarlarına avtomobil ixracı 60 faizə qədər artıb

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında İrana avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 59,3 faiz artıraraq 77,9 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə İrana avtomobil ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 10,9 faiz artıraraq 12,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 15,3 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 2,8 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 17,9 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 30,2 milyard dollar məbləğində avtomobil ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti