...

Özbəkistan Azərbaycan ərazisindən yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif edib

İqtisadiyyat Materials 2 Avqust 2022 15:49 (UTC +04:00)
Özbəkistan Azərbaycan ərazisindən yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Azərbaycanın iştirakı ilə yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif edib.

Trend-in məlumatına görə, ölkənin nəqliyyat naziri İlhom Mahkamov Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı Əfqanıstan ərazisindən Türkiyə-Qafqaz-Mərkəzi Asiya-Cənubi Asiya yeni multimodal dəhlizin formalaşdırılmasını irəli sürüb.

Onun sözlərinə görə, Cənubi Asiyada qısa və ortamüddətli perspektivdə artım tempinin sürətlənməsi üçün yüksək potensial nəzərə alındıqda, region ölkələri ilə yük daşımalarının inkişafı üçün addımlar atmaq lazımdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti