...

Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 2 Avqust 2022 14:53 (UTC +04:00)
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Trend-in məlumatına görə, bu barədə nazir tvitterdə yazıb.

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı cənab İlham Əliyevin salamlarını çatdırdıq. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kəndtəsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı", - M.Cabbarov qeyd edib.

Nazir bildirib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti