...

AÇG və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb

İqtisadiyyat Materials 5 Avqust 2022 16:07 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb.

ARDNF-dən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-iyul ayları üzrə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 5 683 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə Şahdəniz yatağından (qaz və kondensat) isə gəlirlərin həcmi 1 072 mln. ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu ilin ilk 7 ayında 252,725 mln. ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti