...

Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyalarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 5 Oktyabr 2022 14:06 (UTC +04:00)
Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyalarının həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin əvvəlinədək Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyalarının ümumi həcmi 6,3 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov deyib.

Onun sözlərinə görə, bu məbləğin beş milyard dolları neft sektoruna qoyulub.

"Azərbaycanda Rusiya kapitalı ilə mindən çox şirkət hasilat və karbohidrogen nəqli, kimya sənayesi, enerji, neft-kimya, əcazçılıq, maşınqayırma və yükdaşımaları sahəsində işləyir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti