...

Moldova və Azərbaycan kənd təsərrüfatı sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir - Baş nazir

İqtisadiyyat Materials 11 Oktyabr 2022 13:58 (UTC +04:00)
Moldova və Azərbaycan kənd təsərrüfatı sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir - Baş nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova və Azərbaycan kənd təsərrüfatı sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Moldovanın baş naziri Natalya Qavrilitsa deyib.

Onun sözlərinə görə, Moldova hazırda təkcə enerji ehtiyatlarının deyil, həm də gübrə tədarükünün şaxələndirilməsi mərhələsindədir.

"Bizim bu baxımdan əməkdaşlığımız məhsuldardır. Biz artıq Azərbaycandan gübrə idxal edirik", - deyə o bildirib.

Baş nazir qeyd edib ki, Moldova həmçinin Azərbaycanla nəqliyyat əməliyyatlarının artırılması baxımından da müsbət addımlar atır.

"Həm Azərbaycandan, həm də Moldovadan olan və logistikada mövcud problemlərlə üzləşən iş adamları əməliyyatların artmasında böyük fayda əldə edə bilər", - N.Qavrilitsa deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti