Bakı. Trend:
Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə böyük əhəmiyyət verir.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada bu gün keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında deyib.
O həmçinin müasir İpək Yolunun bərpasını dəstəklədiklərini də bildirib.
"Türkiyə olaraq Asiya ilə Avropanı bir-birinə bağlayan müasir İpək Yolunun bərpasını dəstəkləyirik. Xəzər dənizindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinə də böyük önəm veririk", - deyə R.T.Ərdoğan əlavə edib.