...

Sürücü davranışının monitorinqi və iş keyfiyyətinə nəzarət

İqtisadiyyat Materials 29 Noyabr 2022 12:50 (UTC +04:00)
Sürücü davranışının monitorinqi və iş keyfiyyətinə nəzarət

Bakı. Trend:

Ehtiyatsız və hətta təhlükəli sürücülük tərzi, yol hərəkəti qaydalarına riayət edilməməsi, sürət həddinin aşılması – əksər şirkətlər hər gün belə hallarla üzləşir, hansı ki, şirkətin daxili qaydalarına təsir etməklə yanaşı, ağır yol qəzasına səbəb ola bilər. Şirkətlər, malların daşınmasına cavabdeh olan işçilərin sürücülük tərzini təkmilləşdirməyə imkan verəcək həll yolu axtarırlar.

GPS.AZ şirkətinin təklif etdiyi həllər sürət həddinin aşılması və sərt əyləc kimi təhlükəli sürücülük vərdişlərini aşkar etməyə kömək edir və şirkətə insan həyatının, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyini təmin etməyə, həmçinin, cərimələri və yanacaq sərfiyyatını azaltmağa imkan verir.

Nəqliyyat vasitələrinə GPS izləmə cihazı quraşdırarkən GPS.AZ proqramı cihazlardan məlumatları toplayır və Eco Driving hesabatları ilə birlikdə cəm hesabat yaradır. Həllin əsasını sürücü davranışının təhlilinə əsaslanan xüsusi proqram təşkil edir. Tətbiq sürət həddini, sərt sürətlənməni, əyləc və döngəni, yol qəzalarını, cərimələri və sürücü performansını qiymətləndirməyə kömək edən Eco Driving proqramından göstəriciləri təşkil etməyə və təhlil etməyə kömək edir. Həll, sürət həddinin aşılması, lazımsız sürətlənmə, sərt əyləcləmə, döngədə sürətlənmə kimi pozuntular üçün çatışmazlıq nöqtələri əsasında sürücülük bacarıqlarını qiymətləndirir.

Tətbiq qəzalar, sürət həddinin aşılması və digər pozuntular haqqında məlumatları özündə əks etdirən sürücü hesab kartlarını yaradır. Müştəri bu məlumatı, eləcə də, sürücülük davranışı və müəyyən edilmiş geozon daxilində və ya ondan kənarda hər hansı pozuntular haqqında ətraflı hesabatları e-poçt vasitəsilə əldə edir.

GPS.AZ 15 ildir ki, Azərbaycan bazarında GPS, M2M və IoT sahəsində avtomatlaşdırma və idarəetmə üçün innovativ həllər təklif edir. Abunəçi sayına görə Azərbaycan bazarında lider olan şirkətin GPS sisteminə 20000 nəqliyyat vasitəsi qoşulub.

Xəbər lenti

Xəbər lenti