...

Azərbaycanda milli süni intellekt strategiyası hazırlanır

İqtisadiyyat Materials 16 Dekabr 2022 12:27 (UTC +04:00)
Azərbaycanda milli süni intellekt strategiyası hazırlanır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Milli süni intellekt strategiyasının hazırlanması üzərində iş gedir. Prosesə dəstək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin laboratoriyası və Türkiyə Rəqəmsal Transformasiya ofisinin təcrübəsindən istifadə olunur.

Trend xəbər verir ki, bunu bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva mətbuat konfransında deyib.

Onun sözlərinə görə, strategiyanın 2023-cü ildə hazır olması planlaşdırılır.

İ.Vəliyeva bir çox dövlət qurumlarının İnkişaf strategiyasının hazırlanması istiqamətində gördüyü işlərdən də danışıb.

"İndiyə qədər bir çox dövlət qurumları bu istiqamətdə müəyyən iş görüb. Lakin onların öz təşəbbüsünə bağlı olub və məqsədə doğru olmayıb. Biz dövlət qurumlarına dəstək olaraq yol xəritəsini müəyyən edə bilərik. Bu istiqamətdə Energetika Nazirliyi ilə proses bitib və müzakirə mərhələsindədir. Digər nazirliklər də var ki, öz növbəsini gözləyir".

Xəbər lenti

Xəbər lenti