Bakı. Trend:
Nəqliyyat-kommunikasiya sahəsində bu il böyük işlərə start verilib.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"İl ərzində Rusiya-Azərbaycan-İran arasında yüksək səviyyəli işçi qrupu iclasının Bakıda keçirilməsini qeyd edə bilərik. Cari il ərzində Azərbaycan, həmçinin, humanitar yardıma dəstək faəliyyətini davam etdirib. Bu sahədə xüsusi olaraq Pakistana edilən böyükhəcmli yardımı qeyd etmək istərdim”, - deyə nazir əlavə edib.