...

Türkiyə Mərkəzi Bankı rəqəmsal türk lirəsi ilə ilk əməliyyatı həyata keçirib

İqtisadiyyat Materials 30 Dekabr 2022 06:37 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Mərkəzi Bankı rəqəmsal türk lirəsi ilə ilk əməliyyatı həyata keçirib.

Trend xəbər verir ki, 2023-cü ildə bəzi türk bankları rəqəmsal lirə platformasına əlavə olunacaq.

“Rəqəmsal türk lirəsi layihəsinin birinci mərhələsi çərçivəsində şəbəkə daxilində ilk ödəniş əməliyyatı uğurla tamamlanıb. Bank 2023-cü ilin birinci rübündə maraqlı tərəflərlə birlikdə həyata keçirdiyi bu sınaqları davam etdirəcək”, - mərkəzi bankın bəyanatında deyilir.

Platformaya daxil edilmiş paylanmış hesablama sisteminin işinin sınaqdan keçirilməsi, rəqəmsal lirənin ödəniş ekosisteminə və ani ödəniş sisteminə inteqrasiyası planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti