Bakı. Trend:
Minimum pensiyanın artırılması Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 4 min 600 əmək pensiyaçısına şamil ediləcək.
Trend-in xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" 5 yanvar 2023-cü il tarixli Sərəncama uyğun olaraq əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün vətəndaşların pensiyalarının məbləği 280 manata çatdırılacaqdır.
Beləliklə, minimum əmək pensiyasının məbləği 16,7 faiz artırılır ki, bu da bir neçə ildir minimum pensiyanın yüksək məbləğdə artırılmasının göstəricisidir. Minimum pensiyanın artırılması muxtar respublika üzrə ümumilikdə 4 min 600 əmək pensiyaçısına şamil ediləcəkdir", - məlumatda qeyd edilir.