...

"AzerGold" QSC adından yayılan saxta reklam kampaniyaları ilə bağlı məlumat yayıb (FOTO)

İqtisadiyyat Materials 23 Yanvar 2023 16:59 (UTC +04:00)
"AzerGold" QSC adından yayılan saxta reklam kampaniyaları ilə bağlı məlumat yayıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC)adından istifadə edilməklə yenidən saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir.

Bu barədə Trend-ə “AzerGold” QSC-dən məlumat verilib.

Bildirilib ki, “AzerGold” QSC-nin əmtəə nişanından istifadə edilməklə müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsiləmüxtəlif “investisiya” layihələrinə dəvətlər edilir.

"Diqqətə çatdırırıq ki, dövlət şirkətinə olan etibardan, həmçinin Səhmdar Cəmiyyətin işgüzar nüfuzundan sui-istifadə edilməklə həyata keçirilən kibercinayət aktları vətəndaşlarınmaliyyə xarakterli fərdi məlumatlarını əldə etmək niyyəti ilə həyata keçirilir.“AzerGold” QSC-nin fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün təqdim edilən keçidlərə daxil olmamağıtövsiyə edirik", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti