...

Azərbaycanda baxılan antiinhisar işlərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 31 Yanvar 2023 12:02 (UTC +04:00)
Azərbaycanda baxılan antiinhisar işlərinin sayı açıqlanıb

Trend-i buradan izləyin

Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda antiinhisar məsələləri və haqsız rəqabət halları üzrə qaldırılan işlərin sayı 2021-ci illə müqayisədə üç dəfə, bağlanmış işlərin sayı isə 2,2 dəfə artıb.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, 2022-ci ildə bütünlükdə 48 işə baxıldığını, 2021-ci ildə bu cür işlərin sayının 22, 2020-ci ildə isə 6 olduğunu qeyd edib.

"2022-ci ildə 60, 2021-ci ildə 20, 2020-ci ildə isə 9 iş qaldırılıb ki, bu da öz növbəsində antiinhisar məsələləri və haqsız rəqabət halları üzrə qaldırılan işlərin sayının inişillə müqayisədə üç dəfə artdığından xəbər verir", - o deyib.

M.Abbasbəyli bütünlükdə 6,47 milyon manatdan artıq məbləğdə maliyyə sanksiyasının tətbiq olunduğunu vurğulayıb.

"Antiinhisar məsələlərinin predmetləri arasında əsas yeri mobil telefonlar və qida məhsulları, haqsız rəqabət hallarında isə mühərrik yağlarının idxalı və ticarəti tuturdu", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti